Göyçay Gənclər Mərkəzində sosial şəbəkələrdə gənclərin rolu adlı toplantı keçirildi


 Göyçay rayon təhsil şöbəsi, Gənclər Mərkəzi, Göyçay Dövlət İdarəetmə və Texnolojiya Kolleci, Peşə Liseyi təşkilatçılığı ilə “Sosial şəbəkələrdə mətbuatın və gənclərin rolu" adlı toplantı keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Göyçay Gənclər Mərkəzinin foesində aprel şəhidi həmyerlimiz Teymur Qasımovun "Qəhrımanlar unudulmur"adlı güəşəylə tanış olaraq,şəhidin xatirəsi dərin ehtiramla yad olunub.
Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, gənclər,jurnalistlər, gənclər və bloggerlər iştirak ediblər.
Göyçay Gənclər Mərkəzinin direktoru Anar Nağıyev təmsil etdiyi mərkəzin kolektivinin sosial şəbəkələrdə aktiv olan gənclərlə əməkdaşlıqda maraqlı olduğunu bildirib. A. Nağıyev qeyd edib ki, sosial şəbəkələrdə milli maarqların qorunması ümummili məsələ oldğu üçün cəmiyyətin bütün təbəqələri bu prosesdə fəal iştirak etməlidirlər.
Bu gün keçirilən toplantının məhz gənclər və mətbuat nümayəndələri ilə təşkilində məqsəd informasiya resurslarında, xüsusən internet informasiya portallarında gənclərin milli-mənəvi dəyərləri qorumasını təmin etmək, dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısını almaqdan ibarətdir: “Hazırda uşaqların internetdən istifadəsi say etibarilə yüksək səviyyədədir. Amma keyfiyyət məsələsi təəssüf ki, bizim istədiyimiz səviyyədə deyil. Bu kimi tədbirlərin keçirilməsində də məqsəd bu cür problemlərə qarşı həssas yanaşmağımızdan ibarətdir.
Ümumiyyətlə, bütün sosial platformalar “virtual küçə” adlandırılır. Amma bura nəzarət mexanizmi demək olar ki, yoxdur. Biz özümüz hər birimiz bir fərd olaraq nəzarət etməyi bacarmalıyıq. Düşünməliyik ki, hansı fikri yazırıq. Bu kimi halların qarşını almalıyıq. Çünki hər birimizin evində gələcək nəsil, gənclik böyüyür”. Direktor çıxışında rayonda son illər gedən inkişaf, abadlıq, quruculuq işlərinin geniş miqyasda aparılmasını qeyd etdi. Gənclər mərkəzində yaradılan şərait barədə geniş məlumat verərək regionda ilk dəfə olaraq məhz burda Mətbuat klubunun, Könülüllər kabinetinin açıldığını bildirdi. Rayon rəhbərinin tapşırığı ilə mərkəzində gənclərə hər cür şəraitin yaradılmasını, gənclərə diqqət, qayğının göstərilməsini vurğulayan Anar Nağıyev bu gün sosial şəbəkələrdə bəzi yalan, böhtan yayan xayinlərə qarşı mübarizə aparmağın, real faktlara söykənən inkişafın, sabitliyin qeyd olunmasını və bu yolda Göyçay Gənclər Mərkəzinin ətrafında birləşməyə çağırdı.
Qeyd olundu ki, Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etdiyini deyib. Bildirib ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Prezidentin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasının dövlətimizin gənc nəslin inkişafına diqqətinin parlaq ifadəsi olduğunu vurğulayıb. Bildirilib ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Direktor çıxışında vurğuladı ki, internet əsrinin müasir çağdaşlarından olan sosial media artıq ənənəvi medianı üstələməkdədir: “Klassik mediadan fərqli olaraq sosial mediada informasiya mübadiləsi daha sürətlə reallaşır, paylaşılan informasiyalar daha geniş oxucu auditoriyası tərəfindən oxunur. Son dövrlər Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizdə keçirilən qlobal miqyaslı tədbirlər, regionun enerji xəritəsini, nəqliyyat infrastrukturunu dəyişən meqalayihələr, hərbi qüdrətimizin artması və bu kimi digər müsbət hallar erməni diasporunu, onların təsirində olan qurumları və bir sıra anti-Azərbaycan dairələri qıcıqlandırmaqdadır. Bundan başqa, ölkəmizdə söz və ifadə azadlığı ilə yanaşı, azad internet mühitinin də olması, sosial media üzərində vahid nəzarət mexanizminin olmaması bir sıra fanatik və radikal dini qrupların bu platformada təbliğat və cəlbetmə kampaniyaları aparmasına rəvac verir”. Gündəlik həyatımızda əsaəsn sosial şəbəkələrdə, sayt və portallarda dil normalarının, yalnız linqvistik qaydaların yox, “Dövlət dili haqqında” Qanunun müxtəlif maddələrinin pozulması halları ilə tez-tez üzləşirik. Mətbuatda dillə bağlı yol verilən pozuntu halları diqqəti daha tez cəlb edir. Çünki media özü mahiyyətcə, eyni zamanda, dil hadisəsidir və burada dilin daha yüksək peşəkarlıqla işlədilməsi tələb olunur. Hazırkı dövrdə ictimai rəyin formalaşmasında və zəruri informasiyaların cəmiyyətə çatdırılmasında elektron medianın rolunun üstün olduğu nəzərə alınaraq, dil normalarının qorunmasına daha çox diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin ana dilinin saflığının qorunmasına xüsusi önəm verdiyini diqqətə çatdıran A. Nağıyev bu prosesdə KİV ilə yanaşı, cəmiyyətin o cümlədən gənclərin hər bir üzvünün üzərinə böyük vəzifə düşdüyünü vurğulayaraq KİV-lərinində diqqətli olmasını bildirdi.
Çıxışının sonunda A. Nağıyev Göyçay rayonunda bu gün xəbər portalı olaraq Goycay.info.az və NarTv fəaliyyət göstərməsini qeyd edərək, dünya, respublikamız o cümlədən rayonumuz barədə gündəlik dəqiq məlumatları izləyə biləcəklərini vurğuladı.

Tədbirdə çıxış edən digər natiqlər, GDİTK-in məsul işçisi Səbinə Qurbanova, Peşə Liseyinin müəllimi Mütalib Əliyev, şəhər 2 saylı tam orta məktəbin direktor müavini Rəşad Kərimov, 3 saylı tam orta məktəbin müəllimi İntiqam Əliyev, 1 saylı tam orta məktəbin Zəfər Əliyev, 4 saylı tam orta məktəbin müəllimi Rühəniz Abdullazadə rayonda təhsilə qayğı, inkişaf prossesi, gənclərə diqqət və ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıaraq, sosial şəbəkələrdə və mətbuatda gənclərin üzərinə düşən mühüm vəzifələri qeyd etdilər.Toplantıda gənclərimizi diqqətli olmağa, hər bir yazılan, paylaşılan xəbərlərdə məsuliyyətli olmağa, ölkəmizin milli maraqlarımıza sadiq qalmağa cağırış etdilər.Gənclər bir yerdə "Biz Azərbaycanı Suriya, İraq, Liviya, Ukrayna görmək istəmədiklərini bildirdilər. Bəzi özlərini müxalif adlandıran xaricdən dəstək alaraq öz vətənlərinə, dövlətinə qarşı çıxan satqınlara qarşı lazimi tədbirlərin görülməsini vurğuladılar. Gənclər adından bu gün mərkəzdə yaradılan şəraitə və toplatının təşkilinə görə kolektivə minətdarlıqların bildirdilər.
Tədbir iştirakçıların çıxışları ətrafında müzakirələr əsasında davam etdirilib.