Tanınmış araşdırmaçı jurnalist, həmyerlimiz Pərvin Abışova ilə Gənclər mərkəzində görüş keçirildi










Göyçay informasiya agentliyi,NarTv-in təşkilatçılığı ilə Göyçay Gənclər Mərkəzinin Mətbuat klubunda tanınmış araşdırmaçı jurnalist,aparıcı,həmyerlimiz olan Pərvin Abışova ilə görüş keçirildi. Əvvəlcə qonalqlar Dahi rəhbər Heydər Əliyevin abidəsini ziyarət edərək,qarçısına tər qərənfillər düzərək,xatirəsini ehtiramla yad etdilər.Sonra şəhərin Əl Kərim parkında rayonun tanınmış ziyalılarının qəbirləri ziyarət olundu. Azadlığımız və vətənimiz uğrunda canlarından keçən şəhidlərimiz, fəxri vətəndaşlar üçün yaradılmış ərazidə dəfn olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin keçmiş hakimi, ədliyyə general-mayoru, Əməkdar hüquqşünas Oqtay Maqsudov yad olundu. 1918 ci il 31 mart və 26 fevral 1992 ci il Xocalı soyqrımı abidəsi barədə məlumat verildi. Ədəbiyaşar ədiblər komleksi ilə tanış olan qonaqlara son illər rayonda aparılan abadlıq-quruculuq işləri, o, cümlədən Əli Kərim parkı, şəhər stadionu, Heydər Əliyev parkının yenidən qurularaq əhalininistirahətinin yüksək səviyyədə təşkili, rayonun ən ucqar kəndi oan Alpoud uşaq bağçasının tikilərək istifadəyə verilməsi, kənd yollarının çəkilməsi,məhələ daxili küçələrin,piyadalar üçün nəzərdə tutulan keçidin təmiri, Potu kənd və şəhər 2 saylı tam orta məktəblərinin yüksək səviyyədə tikilib təmir olunması, şəhərin girişlərində, rayon avtovağzalı, bayraq muzeyiinin tikilməsini, Qarabaqqal kənd uşaq bağçasının, 80 nəfərlik məcburi köçkünlər üçün tikilən binanın, Müskürlü kəndində bələdiyyə, icra nümyəndəliyi, kitabxana və uşaq bağçasının gələn ay istifadəyə veriləcəyini,Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin tikintisi,Çaxırlı kənd tam orta məktəbin təmir-bərpası barədə geniş məlumat verən Göyçay informasiya agentliyi,Nar Tv-in rəhbəri Anar Nağıyev işlərin daha geniş sürətdə aparılmasını qeyd etdi. Azərbaycanın xalq şairi Rəsul Rzanın ev muzeyində olan qonalara, R. Rzanın həyat və yaradıcılığından məlumat verildi.

Göyçay Gənclər Mərkəzinin foesində aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Teymur Qasımovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlar unudulmur"adlı xatirə güşəsi, rayon Uşaq İnkişaf Mərkəzinin əl işlərindən ibarət güşəyə baxış oldu.Uşaq İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva mərkəzin şagirlərinin əldə etdiyi uğurlar barədə məlumat veri. Mərkəzlə tanış olan qonaqlar Göyçay informasiya agentliyi, nartv-in ofisndə oldular, burda yaradılan şəraitlə tanış oldular.
Göyçay Gənclər Mərkəzinin direktoru A. Nağıyev tədbiri giriş sözü ilə açaraq araşdırmaçı jurnalist, aparıcı olan Aztimes saytının baş redaktoru Pərvin Abışova və Azərbaycan realığı informasiya portalının rəhbəri Rəşad Bürcəlievi salamladı.
DİM-in Göyçay üzrə markeri, "Gənclik" kursunun rəhbəri Aysel Məmmədova çıxışlar edərək jurnalistin həyat və yaradıcılığı haqqında maraqlı faktlar söylədilər.

Rayon təhsil şöbəsinin metdisti 11 kitab müəllifi,şair, yazıçı Əkbər Əlioğlu, Prezident təqaüdçüsü,AYB,AJB-in üzvü,tarixçi,jurnalist Aqil Kəngərli, Dini Qrulmlar işi üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nasir, İdman Gənclər idarəsinin əməkdaşı Təranə Ömərova,Mədəniyyət evinin məsul işçisi Nərman Məlikov, GDİTK-in müəllimi Vüqar Qurbanov çıxış edərək Göyçay Gənclər Mərkəzində bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, rayonun tanınmış ziyalıları ilə, şair, yazıçı, jurnalistlərlə görüşlərin təşkilinə görə mərkəzin kolektivinə təşəkkürlərini bildirdilər. Çıxış edən natiqlər Pərvin Abışova qələminin gücünü, jurnalist araşdırmaçının naliyyətlərindən,çoxlu sayda izləyici kütləsini qazandığını qeyd etdilər. Mərkəzin ən balaca dostu İlyas Şərifov vətən adlı şerini diqqətə çatdırdı.






Tanınmış jurnalist Rəşad Bürəliyev bu gün keçirilən bu görüşün təşkilatçılarına və rayonun inkişafında əməyi keçən hər bir kəsə minətdarlığını bildirdi. Göyçay rayonundan olan jurnalist Pərvin Abışova onunla bu gün dəyirmi masa ətrafında toplaşan ziyalılara təşəkkür etdi. Regionda ilk olan mətbuat klubunun məhz Göyçayda yaranması bir daha rayonda media nümyəndələrinə verilən ən böyük dəyərlərdən olduğunu bildirdi. Bu gün sayılıb seçilən Göyçay İnformasiya agentliyi, Nar Tv-in 7 üzvü olan redaksiyasının tezniki bazası, ofisinin yüksək şəkildə təşkilini,vaxtında qərəzsiz, dəqiq informasiya ilə öxucu kütləsini toplamasını bildirdi. Jurnalist həmkarlarına uğurlar arzulayan P. Abışova bundan sonrada bu mərkəzdə tədbirlərin, görüşlərin,toplantıların tez-tez keçiriləcəyinə inandığını vurğuladı. Toplantının sonunda mərkəz tərəfindən qonaqlara xatirə olaraq əl işində ibarət rəsim təqdim olundu.Sonda qonaqlar və ictimayət nümayəndələrinin səmimi söhbəti çay süfrəsində davam etdi.