Səadət Arif qızı Məmmədovanın yaradıcılığına həsr olunmuş görüş










 Bu gün Göyçay Gənclər Mərkəzinin Mətbuat Klubunda aparıcı jurnalist,Dünya TV kanalında yayımlanan "Salam Azərbaycan"verilişinin layihə rəhbəri və aparıcısı Səadət Arif qızı Məmmədovanın yaradıcılığına həsr olunmuş görüş keçirildi. Göyçay İnformasiya Agentliyinin və Göyçay Gənclər Mərkəzinin rəhbəri Anar Nağıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı. Rayonumuzda aparılan abadlıq quruculuq işlərini təqdirəlayiq qiymətləndirən Anar Nağıyev həmyerlimiz Səadət xanımın öz növbəsində fəxrimiz olduğunu vurğulayaraq növbəti reportajını doğma Qarabağımızda hazırlamasını dilədi.Rayon Təhsil şöbəsinin metodisti, yazıçı,şairƏkbər Əlioğlu Səadət xanımı bugünki nailiyyətləri münasibətilə təbrik etdi.Prezident təqaüdçüsü, AYB və AJB-nin üzvü, tarixçi, jurnalist Aqil Kəngərli çıxış edərək bildirdi ki Səadət xanımın gənc yaşda qazandığı uğurlar milli jurnalistikamız üçün vacib amillərdəndir.YayMəktəbi Gənclik kursunun rəhbəri Aysel Məmmədova Səadət xanımın fəaliyyəti barədə məlumatı iştirakçıların diqqətinə çatdırdı. Məlumatın ardınca Səadət xanımın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.Sonra çıxış edən kinorejissor Eldar Veysəlov,şair bəstəkar Vüsal Kərimov,ictimai fəal Sadəgül xanım,Səadət xanımın qardaşı həmçinin"Salam Azərbaycan"verilişinin rejissor operatoru Məhəmməd Məmmədov Səadət Arifqızına işlərində uğurlar arzuladılar. Sonda Gənclər Mərkəzinin balaca dostu İlyas şeir töhfəsini tədbir iştirakçılarına ərməğan etdi.