Göyçay Gənclər Mərkəzində aşura günü ilə əlaqədar ehsan verildi,imkansız ailələrə sovqat paylandı












 Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Xüsusilə də ölkə iqtisadiyyatında həyata keçirilən köklü islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açıb.
Məhərrəm ayı ərzində, eləcə də Aşura günündə ehsan vermək, imkansızlara yardım əli uzatmaq imandan sayılır.

Məhərəmlik ayı Göyçay rayonunda Qan vermək aksiyası ilə qeyd olundu. Rayon sakinləri könüllü olaraq Məscidlərdə qan verib. Hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 180-a yaxın könüllü donordan qan götürülüb. Rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Bu günlərdə rayonun müxtəlif yerlərində ehsanlar təşkil olunub. Bu gün Göyçay Gənclər Mərkəzində ehsan süfrəsi verilib. 20-yə yaxın imkansız ailələrə sovqat paylanılıb. Əvvəlcə Məhərəmlik ayında baş verən, İslam dini uğrunda və Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələnlər bir dəqiqəlik sükutla yad olundu.
Mərkəzin direktoru Anar Nağıyev çıxış edərək ölkə rəhbərliyi tərəfindən Azərbaycanda həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

Göyçay Gənclər Mərkəzi sosial prinsiplərdən çıxış edərək müxtəlif aksiyalar həyata keçirir, ölkəmizdə belə tədbirlərin geniş vüsət almasına öz töhfəsini verir. Gənclərin aztəminatlı ailə üzvləri ilə görüşlərdə rayon rəhbərliyi tərəfindən bu cür tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib. Vurğulanıb ki, öz fəaliyyətində sosial istiqaməti prioritet qəbul edən gənclərimiz sosial-iqtisadi inkişafa yönəlik müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan şəxslər, o cümlədən kimsəsiz, əlil və aztəminatlı ailələrin daim diqqətdə saxlanılması, onların qarşılaşdıqları problemlərin həllidir.

Görüşdə o da qeyd edilib ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə, qayğı ilə əhatə olunmalarına töhfə verməklə yanaşı, onlara xoş əhval-ruhiyyə yaşatmaq məqsədi daşıyır.

İmkansız ailələrin üzvləri məhərəmlik ayında göstərilən diqqət, qayğı və köməkliyiyə görə rayon icra hakimiyyəti başçısına öz minətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, adının çəkilməsini istəməyən sahibkarlar az təminatlı ailələrə sovqat vermək üçün mərkəzə müraciət edirlər. Mərkəz tərəfindən bu kimi ailələr dəvət olunaraq sovqatları paylanılır. Göyçay Gənclər Mərkəzi qeyd olunan bayramlarda da bu kimi nəcib, hümanist, qayğıkeş insanlra öz qapılarını aşıb.
Allah tutduğunuz hər bir əməli inşallah hasil etsin!