Göyçay Gənclər Mərkəzində cari ilin yekunları və qarşıda duran vəzifələr barədə dəyirmi masa keçirildi








 11 sentyabr Göyçay gənclər mərkəzində cari ildə görülən işlər və qarşıda duran vəzifələr barədə dəyrimi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə açan Göyçay informasiya agentliyi, NarTv-in və mərkəzin direktoru Anar Nağıyev cari ilində görülən işlər barədə geniş məruzə ilə çıxış edib. A.Nağıyev çıxışında gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşı, bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərt olduğunu bildirdi. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılı olduğunu qeyd edən direktor bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamasını vurğuladı.

Natiq çıxışında bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutduğunu bildirdi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğrulduğunu toplantı iştirakçılarının diqqətinə çatırdı. Son ildə Göyçay Gənclər Mərkəzində keçirilən tədbirlər, toplantılar. görüşlər, dəyirmi masalar, konsert və sərgilər, təqdimatlar, yarışlar bir daha mərkəzin rəhbərliyinin tədbirlər planı üzrə təşkilindən xəbər verir. Mərkəzdə aprel şəhidi Teymur Qasımovun xatirə güşəsinin yaradılması gənclərin vətənpərvər ruhda fəaliyyətinə stimul verir. Rayonun şəhidlərinin ad günləri və anım günləri yad olunur. Tez- tez Qarabağ qaziləri, veteranlarla görüşlər keçirilir. Yazıçılar, şairlərlə görüşlər təşkil olunur. Müxtəlif dərnəklərin, kursların, klubların yaranması və savadlı müəllimlərin işə cəlb olunması, regionda ilk olaraq mətbuat klubunun, könüllülər kabinetinin, yay məktəbinin təşkili bir daha bu məkanda işin yüksək şəkildə təşkilindən xəbər verir. Gənclər tərəfindən müxtəlif lahiyələr icra olunur. Görülən işlər rayon rəhbərinin qayğısı, dəstəyi nəticəsində həyata keçirilir. Daima rayon İcra Hakimiyyəti Başçısı cənab Mehdi Səlimzadə gənclərlə görüşür, onların təklif və müraciətlərini dinləyərək diqqət mərkəzində saxlayır. "Şəhərimizi təmiz saxlayaq", "Gənclər sabahımızdır", "Sosial şəbəkələrdə gənclərin rolu", "Gözəliyin qurbanı olmayaq", "Savadlı gəncliyimiz", "Pis vərdişlərə yox deyək", "Sağlam olaq", "İdmançı gənc", "Gəncliyimizi qoruyaq","Kitab oxuyaq", "Keçmişimizi unutmayaq", Qəhrəmanlarımızı tanıyaq", "Hərəyə bir kitab", "Adət-ənənlərimiz", "Günün qəhrəmanı", "Sənətin sənətkarı" adlı lahiyələrdə rayonumuzun gənc kadrlarının cəlb olunmasında böyük rol oynayan mərkəz bundan sonrada bir çox lahiyələr keçirməyə hazırlaşır. Göyçay Gənclər Mərkəzi rayon İdman və Gənclər idarəsi, Uşaq inkişaf mərkəzi, Heydər Əliyev mərkəzi, Göyçay Dövlət İdarəetmə və Texnalogiya Kolleci,Göyçay rayon Kənd Təsərrüfatı idarəsi, ilə birgə müxtəlif tədbirlər həyata keçirib. Bu gün www.gencler.info.az saytı mərkəzin xəbər portalı kimi fəaliyyət göstərir. Göyçay İnformasiya agentliyi (www.goycay.info.az) Nar tv 7 nəfər işçi ilə bütün avadanlıqla təmin olunmuş ofisdə, dünya, ölkə, rayon barədə gün ərzində xəbər verərək,www.youtube.com da 40000 nəfərdən çox izləyici ilə regionda liderliyini qoruyur. Sayt rəhbərliyi və kollektivi 2016 cı ildən bu günə kimi müxtəlif fəxri fərmanlar, diplomlar və təşəkkürnamələrə sahib olub.
Dəyirmi masada çıxış edən mərkəzin təşkilatçısı Gülşən Muradova, "Gənclik" kursunun rəhbəri Aysel Məmmədova, rayon İdman İdarəsinin əməkdaşı Təranə Ömərova,İctimai fəal Sadəgül Şərifova, Bayraq Muzeyinin rəhbəri Nicat Mahmudov, Göyçay informasiya agentliyi, NarTv -in əməkdaşı Rəşid Rüstəmov çıxış edərək bir il ərzində naliyyətlər, nöqsanlar və qarşıda duran vəzifələr barədə məlumat verdilər. Mərkəzin və informasiya agentliyinin fəaliyyətində müxtəlif təkliflər səsləndirildi.

Qeyd olunub ki, Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Sonda təkilif və müraciətlər qeydə alındı. Göyçay Gənclər Mərkəzinin fəaliyyətində yaxşı nəticə əldə etmək üçün bundan sonrada yüksək səylə çalıılacağına söz verildi.