2021-ci ilin 27 sentyabr-8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində silsilə tədbirlər həyata keçirilir


2021-ci ilin 27 sentyabr-8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində silsilə tədbirlər həyata keçirilir. Belə ki, Mərkəzi kitabxananın əməkdaşları II Qarabağ müharibəsinin Göyçay şəhidlərindən Mövsümov Fərid Zakir oğlunun ailəsi ilə görüş keçiriblər. Görüşdə Şəhidin həyatı və döyüş yolundan bəhs edilib, xatirəsi yad edilib. Eyni zamanda Göyçay rayon MKS-nin 2 saylı şəhər kitabxana əməkdaşlarının təşkilatçılığı ilə hərbi vətənpərvərlik mövzusunda 9 nömrəli məktəbin 7a sinif şagirdləriylə görüş keçirilib, MKS-nin Bığır  kənd filial kitabxanasının əməkdaşları II Qarabağ muharibəsinin Göyçay şəhidlərindən biri Əzizov Qudrət Bəhruz oğlunun ailəsi və şəhidin adına açılmış bulağı ziyarət ediblər.