Gənclər və idman naziri Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olmuşdur.


Sentyabrın 15-də gənclər və idman naziri Fərid Qayıbov  Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olmuşdur.
Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən qeydiyyata alınmış ilk Azərbaycan Şahmat Akademiyasıdır. Burada nazir şahmatçılarla görüşərək onların hazırlıqları ilə maraqlanmış, akademiya yetirmələrinin əldə etdiyi nailiyyətlərin sərgiləndiyi şahmat muzeyinə baxmışdır. Daha sonra nazir V.Həşimovun ailə üzvləri ilə görüşmüşdür. Mərhum qrossmeysterin atası Qasım Həşimov  akademiyanın yaranması, fəaliyyəti, uğurları barədə ətraflı məlumat vermişdir. Akademiyanın gələcək planları, çətinlikləri barədə fikir mübadiləsi aparılmışdır.
Sonda nazir Fərid Qayıbov 17-24 sentyabr 2021-ci il tarixlərində Şimali Makedoniyada keçiriləcək şahmat üzrə klublararası Avropa kubokunda Azərbaycanın yeganə təmsilçisi olacaq Vüqar Həşimov Şahmat Akademiyasının komandasına bu mötəbər turnirdə uğurlar arzulamış, akademiyanın xatirə kitabına ürək sözlərini yazmışdır.