Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu


 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 2 avqust 2021-ci il tarixindən başlayan “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsi davam edir.
 
 
Layihə çərçivəsində növbəti səfər zamanı Sağlam Düşüncə Gənclər Təşkilatı İctimai Birliyi, Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası - Azərbaycan İctimai Birliyi (AIESEC) və Odlar Yurdu Gənclər İctimai Birliyi ilə #Birlikdə Quba rayonunun Xınalıq, Astara rayonunun Hamuşam və Lerik rayonunun Siyov kəndindən olan gənclərlə #Birlikdə olduq, onların fərdi inkişaflarına dəstək göstərildi.
 
 Görüşlərdə ucqar kənd gənclərinə dövlət gənclər siyasətinin yaratdığı imkanlar, gənclər təşkilatlarının fəaliyyəti barədə ətraflı məlumat verilib, gənclərlə iş, uğurlu karyera, düzgün peşə seçimi, motivasiya və digər mövzularda karantin qaydalarına uyğun formatda təlimlər, vörkşoplar və simulyasiya oyunları təşkil olunub.
 
 Qeyd edək ki, layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır.
 
 
Layihə çərçivəsində ilkin səfərlər Tərtər rayonunun Seydimli kəndinə və Beyləqan rayonunun Kəbirli kəndinə olmuşdur. Bu günədək 5 ucqar kəndə gənclər təşkilatları ilə birlikdə səfərlər baş tutub. Layihə çərçivəsində daha 5 rayonun ucqar kəndinə -  Balakən rayonu, Qazbölük kəndi, Göygöl rayonu, Zurnabad kəndi, Gədəbəy rayonu, Şınıx kəndi, Qazax rayonu, Şıxlı kəndi, Tovuz rayonu, Yanıqlı kəndlərinə 
səfər olunacaq.