Göyçayda "Hak inşaat" mağazası istifadəyə verildi













Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Göyçay rayonunda da diqqət mərkəzində saxlanılır və sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılır.
 İnşaat mallarının satışı üzrə regionda ən böyük şirkətlərindən olan “Hak inşaat” Göyçayda  satış mərkəzinin açılışını edib. 
 İnşaat mallarının satışı üzrə regionda ən böyük şirkətlərindən olan “Hak inşaat” Göyçayda satış mərkəzinin açılışını edib.  "Çanakkale Seramik" şirkətinin mağazası Azərbaycan, Türkiyə, Rusiya, İran, Çin, Özbəkistanın tanınmış "Çanakkale Seramik", "Rivana", "Pro Celing", FAB, "Gulben", "Touddelli" və s. şirkətlərinin müxtəlif çeşiddə kafel, metlaxları, hamam aksessurları, sanuzelləri, müasir asma və dartma tavanlar satılacaq.
Yeni mağaza Göyçay şəhər 7 saylı tam orta məktəbin yaxınlığında,Nizami küçəsində yerləşir. Burada təmir və dizaynla bağlı minə çox çeşiddə məhsul sərfəli qiymətlərlə alıcılara təklif olunur.
Mərasimdə çıxış edənlər bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illər ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, əsassız yoxlamaların ləğv edilməsi istiqamətində əməli tədbirlər görülmüş, sahibkarlığın inkişafı regionda iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilmişdir. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 17   ildə əsaslı şəkildə artmış, regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora daha çox üstünlük verildiyini bildirmişdir. Bütün bunların nəticəsidir ki, cari ilin ötən doqquz ayı ərzində qeyri-neft sektorunda inkişaf artımı 15 faiz təşkil etmiş, bu sektora 6,3 milyard manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,9 faiz çoxdur. 


















 İnvestisiya və biznes mühitinin yaxşılaşdırılması Göyçay rayonunda da sahibkarlığın inkişafına güclü təkan vermişdir. Hazırda rayon ərazisində yerli və dəvət olunmuş iş adamları tərəfindən ümumi dəyəri 26,5 milyon manat olan 11 layihə həyata keçirilir. 
İş adamı, sahibkar Anar Muradov  göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmiş, rayon iqtisadiyyatının daha yüksəldilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişlər.
 Sonda ticarət marketin rəmzi açılışından sonra tədbir iştirakçıları alıcılara yaradılan şəraitlə tanış oldular.
Mağaza daxilində müştərilərin rahat seçimi və vaxtlarına qənaət etmələri üçün boya, yapışdırıcı, plastik boru və fitinqlər, gips, alçı, o cümlədən məşhur markalara məxsus inşaat malları sərgiləndiyi xüsusi bölmələr qurulub. Məhsulları həm  həm nağd, həm də hissəvi ödəniş ilə almaq mümkündür.  “Hak inşaat” alıcıların tələb və ehtiyaclarının operativ, çevik şəkildə qarşılanması üçün pərakəndə və topdan satış üçün  istifadəyə verib. Müştərilər ünvanımıza gələrək istədikləri məlumatları asanlıqla əldə edə bilərlər. Regionda  yaşayan sakinlərə yüksək səviyyədə xidmət, insaat materialıarının evlərinə çatdırılması nəzərdə tutulub.
Açılış münasibətilə mağazada 25%-dək endirim kampaniyasına start verilib. Tələsin! Endirim fürsətlərindən siz də faydalanın! Satış mərkəzi həftənin bütün günləri səhər saat 09:00-dan axşam 19:00-a qədər xidmət göstərir.
“Hak inşaat” satış mağazası kefiyətli mal və uyğun qiymət bizdə!