Özümüzü və başqaların qorumaq üçün -Vaksin olunaq.


Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.
Eyni zamanda Respublikamızda səyyar xidmətlər təşkil olunaraq fiziki məhdudiyyətləri olan və ucqar ərazilərdə yaşayan vətəndaşların evlərində vaksinasiya işi həyata keçirilir. Və bu zaman peyvənd olunmuş şəxslərə Covid-19 pasportu təqdim olunur. 
Covid-19 sertifikatı nədir?
Aİ Rəqəmsal Covid 19 pasportu 27 üzv dövlətdə səyahəti sadələşdirən sənəd sayılır. Onda peyvəndlənmə, test və Covid-19 immuniteti haqqında məlumat əks olunacaq.
QR kodu daşıyan sertifikat adındakı "rəqəmsal" sözünə rəğmən kağız formasında da verilə bilər. Sənəddə ad, doğum tarixi, verildiyi tarix, peyvənd/test/immunitet haqqında məlumatlar və sertifikatın unikal identifikatoru kimi məhdud informasiya olacaq.
Dünyada Covid-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi, o cümlədən Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 quş qripi virusu, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır.
Azərbaycana yanvarın ortalarında çatdırılan vaksinin tətbiqinə yanvarın 18-dən başlanıb.
Bütün məlum olan vaksinlər kimi, "CoronaVac" da iki dozada vurulur.
Sinqapurun Nanyang Texnologiya Universitetinin dosenti Luo Dahai BBC-yə deyib ki, "CoronaVac" peyvəndi daha "ənənəvi" üsulla hazırlanıb və bu üsul "quduzluq" kimi xəstəliklərdə uğurla istifadə olunur.
İki doza vaksin vurduranlara e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın “e-təbib” tətbiqi vasitəsilə çıxışı var. Eyni zamanda e-gov.az portalından da çap edib, kağız formasında özündə saxlaya bilər. İkincisi isə immunitet sertifikatıdır, bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq olunmur, ona görə də immunitet sertifikatı da COVID pasportu hesab olunur. Hər iki sertifikatın üzərində QR kod mövcuddur. Bu da elektron yoxlama imkanı yaradır.
Bəliklə, vaksinasiya sertifikatı və immunitet sertifikatı – hər ikisi COVID pasportu hesab olunur.
 "Ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Peyvəndləmə səviyyəsi baxımından Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqelərdədir. Dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələlər Azərbaycanda effektiv şəkildə həll olunur.
Özünüzü və başqalarını qoruyun.