Xalqımız tarix boyu malik olduğu sərvəti və təbiətin ona verdiklərini öz mənafeyinə uyğun istifadə etməli və Azərbaycanımızın daim inkişaf etdirilməsi üçün var gücü ilə çalışmalıdır.


Xalqımız tarix boyu malik olduğu sərvəti və təbiətin ona verdiklərini öz mənafeyinə uyğun istifadə etməli və Azərbaycanımızın daim inkişaf etdirilməsi üçün var gücü ilə çalışmalıdır.
Bizim ölkəmizdə indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır.44 günlük Vətən Müharibəsində ordumuz Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı ilə yağı düşmən üzərində qələbə çalaraq, ölkəmizin ərazi bütövlüyünü təmin etdi.Hazırda işğaldan azad olmuş torpaqların inkişafı üçün bir çox layihələr həyata keçirilir. Buna misal olaraq:
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərinə səfər etdilər.
Səfər zamanı Füzuli-Şuşa yolunun və Füzuli beynəlxalq hava limanının təməli qoyuldu.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. İşğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq
Azərbaycan liderinin muxtar respublikaya səfərinin gündəliyi kifayət qədər geniş olsa da, ölkə başçısı 10 may 2021 ci ildə Dövlət Televiziyasının (AZTV) suallarını cavablandıraraq, bir sıra mühüm mesajlar verdi.
Zəngəzur dəhlizi məsələsinə bir daha toxunan ölkə başçısı regionu birləşdirəcək nəhəng layihənin reallaşacağına əminliyini ifadə etdi:
"Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var.
Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkələrindən biri kimi həmin bəyanat çərçivəsində region ölkələrinin əməkdaşlığı üçün bir çox mühüm təklif və təşəbbüslər irəli sürüb. Bunlara nəqliyyat və kommunikasiyaların açılması, digər əməkdaşlıq imkanları daxildir.
Azərbaycanın dünyaca məşhur Formula 1 yarışına və AVRO-2020-nin 4 oyununa ev sahibliyi etməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir və tarixi hadisədir. Bu yarışların postpandemiya dövrü üçün də böyük faydası var.
“Bütün bu tədbirlər Azərbaycanın dünyada tanıdılmasına öz töhfəsini verib. Məhz bu tədbirlər zamanı və ondan sonrakı müddətdə Azərbaycana xarici ölkələrdən çoxsaylı turistlər gəlib. Turist səfərləri isə həm də ölkəmizin büdcəsinə əlavə vəsaitin daxil olması deməkdir. Azərbaycanın müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik səfərbər olma qabiliyyətini göstərir”
Ona görə də biz bütün addımıarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq. Daim Azərbaycan bayrağı yüksəklərdə olsun!