28 may- Respublika Günü münasibətilə Göyçay rayonunda uşaq bağçası və az təminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi

Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir. 
Müasir  körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan mühüm rol oynayır.
Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.










Karantin qaydalarna uyğun olaraq Göyçay rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat nümayəndələri, ağsaqqallar, dindarlar və gənclər şəhərin Heydər Əliyev adına parkda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, tər qərənfillər düzərək, dahi rəhbərin ruhunu etiramla yad etdilər. 
Sonra rayonun Çayarxı kəndində Heydər Əliyev fondu tərəfindən tikilən müasir standartlara cavab verən uşaq bağçası və körpələr evinin açlışı olub. 
Qeyd edək ki, Göyçay rayonu Çayarxı kənd uşaq bağçası 1978-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Bağçada 1 qrup fəliyyət göstərir, qrup 20 nəfər uşağı əhatə edir. İşçilərin sayı 7 nəfərdir. Bina uzun müddət təmirsiz istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdür. 
Göyçay rayonu Çayarxı kənd uşaq bağçası üçün yeni tikilən bina 2020-ci ildə inşa olunmağa başlanılmışdır. Bina 156 kv.m ölçüdə 1 mərtəbəli kürsülü inşa olunmuşdur. Bina 5 otaq, mətbəx və sanitar qovşaqdan və kombi isitmə sistemindən ibarətdir. Bina müasir arxitekturaya uyğun olaraq inşa olunmuş və müasir avadanlıqlarla təchiz olunmuşdur. 
Günün ikinci hissəsində rayonun Yenikənd kəndində aztəminatlı ailə üçün fərdi yaşayış evi ailəyə təqdim olundu. Bilidirək ki, Göyçay rayonu Yenikənd kənd sakini Ceyhun Mübariz oğlu Kərimov 7 nəfər ailə üzvü ilə birgə yaşadığı fərdi yaşayış evi kürsüsüz 2 otaqdan ibarət olmaqla qarğıdan, torpaq yapışdıcısı matrealından və tavansız olaraq inşa olunmuşdur. Hal-hazırda ailədə işləyən yoxdur, ailənin təminatı C.Kərimovun anası Solmaz Kərimovanın aldığı təqaüddür. Fərdi yaşayış evi arx kənarında yerləşdiyindən kürsüsüz və qarğıdan inşa edildiyindən qəzalı vəziyyətə düşmüşdür. Evin kürsüsü olmadığından evə ilan və həşaratların daxil olması müşahidə olnmuşdur. Fərdi yaşayış evi qəzalı və yaşayış üçün yararsız vəziyyətdə olduğundan C.Kərimov və ailəsi üçün rayonun Yenikənd kəndində 100 m2 ölçüdə kürsülü 1 mərtəbəli yeni fərdi yaşayış evi inşa edilmişdir. İnşa olunmuş yeni fərdi yaşayış evi 3 otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir. Ailənin başçısı Ceyhun Kərimov bu günkü sevinci onlara bəxş edən Heydər Əliyev fonduna təşəkkürünü bildirdi.