Gənclərdən nümunəvi addım




 Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə "Təmiz Göyçay" layihəsi reallaşıb. Mərkəzdən bildirilib ki, layihə çərçivəsində gənc könüllülər və Göyçay gəncləri Göyçay çayı sahillərində təmizlik aksiyası həyata keçiriblər. Aksiya çərçivəsində gənclər çayın məişət tullantıları atılan sahillərini təmizləyib, sahilətrafı ərazilərdə səliqə-sahman işləri görüblər. Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd Göyçay çayı sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, çay ərazilərinin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri çayətrafı mühitin mühafizəsi sahəsində fəaliyyətə cəlb etməkdir.