"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır


2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun real artımı 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.
Bu barədə "Fitch Ratings" agentliyinin hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, bu göstərici 2020-ci ildə qeydə alınan 4,3 faiz azalmadan sonra bərpa olunacaq.
Bundan əvvəlki hesabatda, "Fitch" Azərbaycan ÜDM-in 2030-cu ilədək 94,3 milyard dollaradək artacağını proqnozlaşdırmlışdı.
Agentlik hesab edir ki, Azərbaycanın geniş enerji resursları, xüsusilə qaz ehtiyatları növbəti 10 il ərzində ölkə iqtisadiyyatının artımını təmin edəcək.