Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə "ƏdiblərimİZ" layihəsinə start verilib.


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə "ƏdiblərimİZ" layihəsinə start verilib.
Layihə çərçivəsində yazıçı, şair, publisist və tarixçi, AYB, AJB üzvü, 12 kitab müəllifi Aqil Kəngərli ilə gənclərin görüşü keçirilib.
Yazıçı görüşdə gənclərə müxtəlif tarixi hadisələrdən danışıb. Eyni zamanda ədəbiyyat və incəsənət barədə məlumatlar verərək, gənclərin bir çox suallarını cavablandırıb.
Görüş zamanı gənclər Aqil Kəngərlinin kitabları və yaradıcılığı ilə yaxından tanış olublar.