Göyçay Bayraq Muzeyinin bugünkü qonaqları


Bu gün Göyçay Bayraq muzeyinin qonaqları: Tərəqqi medallı mədəniyyət xadimi, Sabiq Hərbi nəşriyyatın direktoru, yazıçı, araşdırmaçı Əlsəfdar Hüseynov; AYB, AJB- nin üzvü, Xocalı tanıtım birliyinin Şirvan üzrə koordinatoru, tarixçi, Göyçay şəhər 7 saylı tam orta məktəbinin direktor müavini Aqil Kəngərli, Göyçay rayon Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbin ana dili və ədəbiyyat müəllimi  şairə, yazıçı Şəmsiyə Qaramanlı; Televiziya işçisi Vasif Ayan; Hüquqşünas, jurnalist Anar Nağıyev, Göyçay informasiya agentliyi, Nartv baş redaktoru Gülşən Muradova oldu.
Muzeyin direktoru Nicat Mahmudov Göyçay Bayraq muzeyi barədə qonaqlara geniş məlumat verdi.
Muzeyin akt zalında karantin qaydalarına uyğun olaraq dəyirmi masada Göyçayın keçmişi və bu günü barədə söhbət edən həmyerlilərimiz bu gün abadlaşan inkişaf edən Göyçay rayonu ilə fəxr etdiklərin bildirərək,bu günkü görüşün təşkilinə görə Nicat Mahmudova öz təşəkkürlərini bildirdilər.