Azərbaycan böyük investorlar üçün artıq daha maraqlı ölkədir

                  
Fevralın 26-da  yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətləri və Türkiyənin bölgədəki fəaliyyəti barədə yerli və xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarının suallarına ətraflı cavablandırmışdır. Cənab Prezident bildirmişdir ki, Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyət prinsipləri noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapmışdır.
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar
Prezident həmçinin bildirib ki, region dövlətləri ilə aramızda regionların gələcək inkişafı inteqrasiya lahiyələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur.
-Bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb oluna bilərlər. Dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunacaq.
Qarabağın yenidən bərpası prosesində Türkiyə mühüm rol oynayacaqdır. Türkiyəli şirkətlər artıq bu layihələrdə önəmli yer alıblar. Füzuli-Şuşa yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədir. Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər. Dövlət xətti ilə icra edilən layihələrdən çox yer alan Türkiyə şirkətləridir. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanla cənab İlham Əliyevin dəfələrlə danışıqları olub. Azərbaycan bütün bu işləri Türkiyə şirkətləri ilə birgə görəcəkdir. Türk şirkətləri bu günə qədər Azərbaycanda 10 milyard dollardan çox olan layihələrdə iştirak ediblər.
Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcəkdir
İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur inşa olunacaq.  Füzulidə aeroportun tikilməsi artıq başlanıb.
- Bərpa işləri sistemli və planlı şəkildə aparılacaqdır ki, Pilot layihələrin icrası da başlanır ki bu  layihələrdən biri  - “ağıllı kənd” layihəsi artıq icra olunur. Reallaşacaq layihələrdə müasir texnologiyaların potensialına geniş müraciət olunacaq.
Ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır.
Bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır.