“Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir”


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev düşünülmüş və aydın siyasət həyata keçirir. Bu özünü istər dinc quruculuq sahəsində, istərsə də 44 günlük gərgin müharibədə əyani şəkildə göstərdi. Güclü iqtisadiyyata və orduya, birlik və həmrəyliyə malik olan dövlətimiz düşmənin belini qırdı, az bir müddətdə işğal altında olan torpaqlarımızı azad etdi, nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Mətbuat konfransının 26 fevralda – Xocalı soyqırımının 29 - cu il dönümü ərəfəsində keçirilməsi də təsadüfü deyildi və Prezident İlham Əliyevin ilk olaraq Xocalı şəhidlərini yad etməsi, bu soyqırıma qiymət verməsi və hadisələrin dəhşətlərini jurnalistlərin nəzərinə çatdırılması erməni faşizminin mahiyyətini göstərmək üçün düşünülmüş gedişlər idi.
Prezident İlham Əliyev: “Əfsuslar olsun ki, Ermənistanda antitürkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də bu davam edir”
 “Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir” 
“Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə etdi və müharibədə bu bizə böyük üstünlük verdi”
“Qarabağı azad edənlərin arasında ən böyük rol oynayanlar son 17 il ərzində yetişmiş insanlardır!” “Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyəti müvəqqəti xarakter daşıyır, onlar xüsusi missiya icra edirlər. Bu hərbi baza mənasına gəlmir” 
Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyudur bir ailə kimi yaşayıblar.
Minsk qrupunun rəhbərliyi ilə davam edən danışıqlar heç bir nəticə vermədiyi üçün , Qarabağın azadlığı  ancaq hərbi yolla baş tuta bilərdi. Ermənilər işğalçı  siyasəti dəstəkləməklə, sözsüz ki, bizə başqa bir çıxış yolu buraxmadılar.
“Mən hər zaman Azərbaycan xalqına müraciət edərək deyirdim ki, biz heç vaxt bununla barışmayacağıq”
Prezident İlham Əliyev Vətən müharibəsində Türkiyənin rolundan danışdı. Türkiyənin münqaişə zonasında böyük fəaliyyəti vardır. Müharibənin ilk günlərindən Türkiyə Azərbaycanın haqq işinə öz dəstəyini göstərmişdir. Ölkə rəhbərliyi səviyyəsində bizə verilən siyası və mənəvi dəstək həm bizi gücləndirdi, həm də bir çoxları üçün ciddi mesaj oldu. Müharibədən sonra da Türkiyə müsbət münasibət göstərir.
Azərbaycan və Ermənistan arasında münqaişə ilə əlaqələr Türkiyə Ermənistanla sərhəddini uzun müddətdir ki, bağlı saxlayır. Sərhədlərin bağlı olması Türkiyənin qardaşlıq addımı idi. Ermənistan Azərbaycan sərhədi açılırsa Türkiyə Ermənsitan sərhədinin bağlı qalmasına ehtiyac qalmır. Sərhədin açılması Türkiyənin öz qərarıdır. Sərhədin açılması Türkiyənin açılmasının xeyrinədirsə bu da Azərbaycanın xeyrinə olacaqdır.
Ölkə başçısı sonda qeyd edib ki, müharibədən sonrakı bu gün dünyada yeni reallıq yaranıb və bu realığı Azərbaycan xalqı yaradıb.  Ermənistan ordusu 44 günə məhv edildi. Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır, göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır.