Vətən müharibəsi zamanı rayon ərazisində arxa cəbhədə ordumuza yaxından dəstək olan rayon ictimaiyyətinin üzvləri ilə görüş keçirildi

 

 Göyçay rayon İcra Hakimiyyətində Vətən müharibəsi zamanı rayon ərazisində arxa cəbhədə ordumuza yaxından dəstək olan rayon ictimaiyyətinin fəal üzvləri ilə görüş keçirilmişdir.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin böyük siyasi iradəsi Azərbaycan ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılmış ZƏFƏR münasibətilə səmimi qəlbdən tədbir işirakçılarını təbrik etdi.




Bildirdi ki, ötən ilin sentyabrın 27-də başlanan 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azad olundu, Milli Ordumuz öz gücü və potensialını bütün dünyaya göstərdi. Təəssüf ki, Qələbə və ZƏFƏR itkisiz olmur. İkinci Qarabağ müharibəsində rayonumuzdan hərbi xidmətə çağırılmış gənclərdən 46 nəfəri qəhrəmancasına şəhid olmuşdur.
Sonra çıxış edənlər qeyd etdilər ki, qələbənin təmin olunmasının mühüm səbəblərindən biri də müzəffər Azərbaycan Ordusu, cəngavər hərbçilərimizdir. Güclü ordumuz olmasaydı öz torpaqlarımızı azad edə bilməzdik. 30 il əvvəl Azərbaycan zəif olduğuna görə torpaqlarımız işğal olunmuşdusa, bu gün dövlətimizin qüdrəti, ordumuzun döyüş qabiliyyəti sayəsində torpaqlarımız azad olundu. Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan Güclü Sərkərdəmiz İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir.
Sonda Vətən müharibəsi zamanı rayon ərazisində arxa cəbhədə ordumuza yaxından dəstək olan rayon ictimaiyyətinin nümayəndələri rayon İcra Hakimiyyəti başçısının təşəkkürnamə və hədiyyələri ilə təltif olundular.