Qələbə ilə dönən qəhrəman qardaşını həqiqi hərbi xidmətə yola saldı


Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi xalqımızın parlaq qələbəsi ilə yekunlaşdı. 30 ilə yaxın zaman ərzində erməni işğlçılarıın tapdağı altında qalan və bu müddətdə viran edilən əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir.
Bu sevinc payını Ağdaş rayonuda  gənclərinin qorxmazlığı igidliyi sayəsində doya –doya yaşayır.Bu  gənclərdən biridə Binələr kəndi sakini …Məmmədov Toğrul Qürbət oğludur O. 08 iyul 1999cu ildə anadan olmuş.Ləki qəsəbə 6 saylı tam orta məktəb təhsil almışdır.
2 ci  Qarabağ  döyüşləri zamanı səfərbərliyə çağrışla  könüllü  olaraq 11 oktyabr 2020 ci ildən Qubadlı Laçın istiqamətində N saylı hərbi hissədə qarantamiyot atan vəzifəsində düşmənlərə qarşı döyüşmüşdür.
10 yanvar 2021 ci ildə  Vətən müharibəsi bitdikdən sonra evə dönmüşdür.
Qeyd edək ki, ailədə 3 uşaq:2 qardaş; 1 bacı olan Məmmədovların ən kiçiyi...  Məmmədov Turan Qürbet oğlu( 16. Dekabr  2002 ci il doğumlu ) 13 Yanvar  2021 ci il tarixində həqiqi hərbi xidmətə yola salındı.
Yaşasın Azərbaycan!