“Qəhrəmanlarımızı tanıyaq!”layihəsi çərçivəsində regionlarda yerləşən ​ Migəçevir şəhər,Göyçay və Ağdaş rayonları uşaq-gənclər İnkişaf mərkəzləri ilə birlikdə ”Qürur yerimiz-Şəhid qəhrəmanlarımız!’’- adlı onlayn görüş keçirilib.


15 yanvar 2020-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq!”layihəsi çərçivəsində regionlarda yerləşən Migəçevir şəhər,Göyçay və Ağdaş rayonları uşaq-gənclər İnkişaf mərkəzləri ilə birlikdə ”Qürur yerimiz-Şəhid qəhrəmanlarımız!’’- adlı onlayn görüş keçirilib.
Görüşün məqsədi - İkinci Vətən müharibəsində vətən uğrunda öz canlarından keçmiş şəhid qəhrəmanlarımızı daha yaxından tanımaq .və böyüməkdə olan gənc nəslə tanıtmaqdır.
Görüşdə - 47 saylı Mingəçevir seçki dairəsinin millət vəkili Aydın Mirzəzadə,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin səlahiyyətli nümayəndəsi-Nəsimi rayon şöbəsinin sədri ,Vətən müharibəsi veteranı, "Azərbaycan bayrağı" ordenli, ehtiyyatda olan polkovnik Elmar Huseynov, Qazimiz Emin Cəbrayılov,Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Millət vəkili Cavid Osmanov, Təhsil Nazirliyi Məktəbdənkənar fəailiyyətin təşkili şöbəsinin əməkdaşı Xanım Oruczadə, 95 nomrəli tam orta məktəbin direktoru Elcin Abdullayev, Migəçevir Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəfərov, 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin millət vəkili Məzahir Əfəndiyevin səlahiyyətli nümayəndəsi Anar Nağıyev, Göyçay rayon Gənclər və idman idarəsinin rəisi Elşən Şirinov, Göyçay rayon Heydər Əliyev muzeyinin direktoru Samirə Vəliyeva, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Aparat rəhbəri Isa Eminov, Ağdaş rayonu Maqsud Şeyxzadə adına texniki humanitar təbiət təmaülü məktəbin direktoru Şəhla Hacıbalayeva, Nəsimi rayonu Gənclər İdman İdarəsinin rəis muavini Şahmar Tağıyev, Göyçay informasiya agentliyi,NAR Tv-nin baş redaktoru Gülşən Muradova, İmişli rayonu Əlqulular kənd orta məktəbinin direktoru əməkdar müəllim Səxavət Tağlar, Mİngəçevir şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, Ağdaş rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Rəhimova, Göyçay rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva, Şuşa teatrının ədəbi hissə müdiri şəhid Cavid Səfərlinin dayısı Xəqani Əliyev və Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva və mərkəzin əməkdaşları iştirak ediblər.
   Görüşdə İkinci Vətən müharibəsində öz qəhrəmanlıqları ilə şücaət gostərən şəhid-qəhrəmanlarımız –Babək Səmidli,Vidadi Xəlilov,Səfərli Cavid Xaliq oğlu, Cəfərli Həmid Kərim oğlu, Babayev Yaşar Vasif oğlu, Xankişiyev Fuad Şöhrət oğlu, Məmmədli Məhəmməd Murad oglu ,Fərhadov Cəlaləddin Elxan oğlunun  döyüş və həyat yolunu özündə əks etdirən videçarxlar mərkəzimizin,Mingəçevir şəhər,Göyçay və Ağdaş rayonları uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin təqdimatında nümayiş olunub.
Görüşdə iştirak edən şəhidlərin yaxınları çıxış edərək şəhid qəhrəmanlarımız haqqında xatirələrini, ürək sözlərini danışıblar.Tədbirin təşkilinə və doğmalarının əziz xatirəsi yad edildiyinə görə təşəkkürlərini bildiriblər.
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 95 nömrəli tam orta məktəbində fəaliyyət göstərən ‘’Nitq mədəniyyəti’’dərnəyinin üzvləri,Mingəçevir şəhər,Göyçay və Ağdaş rayonları uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri vətənpərvərliyə həsr olunmuş şeir kompozisiyası və musiqi nömrələri ilə çıxış etdiblər.