Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər lahiyəsinin qalibi seçildi



“Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsinin qalibi olmuş Göyçay şəhər 5 saylı tam orta məktəbin “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər” adlı layihəsi uğurla davam etdirilir.Layihə Göyçay rayon təhsilində ilk uğurdur. Layihənin rəhbəri məktəbin direktoru Vüqar Məlikovdur.Layihədə nəzərdə tutulmuş əsas vəzifələrdən biri olan sağlamlıq imkanları məhdud uçaqların təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların təkmilləşdirilməsi və ya əlavə təhsilə cəlb olunmasını təmin etməkdir. Bununla da təlim kurslarında müəllimlər əldə etdikləri biliklər və məlumatlar sayəsində tədris prosesində daha yüksək nəticələr əldə edə biləcək və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə aktiv inteqrasiyasını təmin etmiş olacaqlar. 27 sentyabr 2020- ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq layihənin müddətinin 15 mart 2021-ci il tarixə qədər uzadılması nəzərdə tutulmuşdur. Hər rayonda 30 nəfər sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən müəllimin 3 qrup olmaqla təlimlərə cəlb edilməsi nəzərdə tutulsa da, iştirak etmək istəyən müəllimlərin sayında artım olduğunu görmək olar. Bu da layihənin hədəf kütləsinin artmasına səbəb olmuşdur. Günün tələbi olaraq müəllimlər İKT biliklərinə daha çox həvəs göstərirlər. Odur ki, 20 saatlıq təlim proqramının 14 saatını İKT bilikləri əhatə edir. 6 saat isə SİM uşaqlara psixoloji yanaşma metodikası tədris olunur. Müəllimlər belə təlimlərin davamlı olaraq keçirilməsini arzu edirlər.