ikinci Qarabağ müharibəsi iştirakçısı olmuş YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyyətinin üzvləri Şirinli İlkin Elçin oğlu və Əliyev Dinar Elxan oğlu ilə görüş keçirilmişdir











30 dekabr 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatında  Pandemiya  qaydalarına tam riayət olunmaqla  ikinci  Qarabağ müharibəsi iştirakçısı olmuş YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyyətinin üzvləri Şirinli İlkin Elçin oğlu və Əliyev Dinar Elxan oğlu ilə görüş keçirilmişdir.
    Görüş iştirakçıları  Əvvəlcə Şəhidlər Xiyabanında olmuş , Şəhidlərimizin məzarını ziyarət etmiş, üstünə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər. Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatında  keçirililən görüşdə torpaqlarımızın işğaldan azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı sədri Sahib Şükürov qazanılan tarixi qələbə münasibətilə İkinci Qarabağ müharibəsi iştirakçılarını təbrik etdi.  Görüş zamanı S.Şükürov bildirdi ki,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Natiq, bu gün Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasında oldugunu , Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun parlaq qələbə çalmasının bariz nümunəsi olaraq dekabrın 10-da keçirilmiş Zəfər paradının bütün dünyaya səs salmasından danışdı. S.Şükürov  İlkin və Dinar kimi qeyrətli, vətənpərvər oğulları yetişdirərək Azərbaycanın ərazi bütövlüyünü layiqincə qorunması işində böyük rolu olan valideynlərinə minnətdarlıqlarını bildirdi.
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının  Gənclər Birliyinin İdarə Heyyətinin üzvləri, müharibə iştirakçıları Ş.İlkin və  Ə. Dinar keçdikləri şanlı döyüş yolu barədə ətraflı danışaraq, müzəffər ordumuzun tərkibində Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarında ruh yüksəkliyi ilə mübarizə apardıqlarını qeyd etdilər.