Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.


Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.
Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirməkdədir və bu da təbiidir, çünki, cəmiyyətimiz Cənab Prezidenti vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür.
Keçən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu.
Aparılan uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşmış, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edilmişdir. Bütün ictimai institutlar, ziyalılar Azərbaycançılıq ideologiyası ətrafında birləşərək ümumi maraq və mənafelər uğrunda çalışmağa başlamışlar. Eyni zamanda güclü və dayanıqlı iqtisadiyyat yaratmaq planı uğurla başa çatdırılmış və sosial-humanitar sahələrdə də əldə edilən nailiyyətlər göz qabağındadır. Ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsini təmin etdi.
“Sağlam cəmiyyət güclü dövlət deməkdir” prinsipi ilə həyata keçirilən dövlət siyasəti artıq öz bəhrələrini verib. COVİD-19 virusu dünya ölkələrini çətin vəziyyətə salanda Azərbaycan dövləti vətəndaşlarını müvəffəqiyyətlə qorumağı bacardı. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları da Azərbaycanın qlobal pandemiya dövründə özünü nümunəvi ölkə kimi təsdiqlədiyini etiraf etdilər.
Cənab Prezidentin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlı kifayət qədər faktlar var, belə ki, tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunmağı həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini nəinki sözdə, əməli işdə də dünyaya nümayiş etdirdi. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən mötəbər tribunalardan beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan etmişdir.
Vətən və xalq qarşısında Cənab Prezidentin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər ordunun yaranmasıdır. Müasir ordu quruculuğu istiqamətində atılan vacib addımlar Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil etdi. Məhz güclü ordu və ona komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən bir sərkərdənin varlığı, həmçinin xalqın öz liderinin ətrafınızda sıx yumruq kimi birləşməsi Böyük Vətən Müharibəsində qələbəni təmin etdi.
Bu tarixi anları xalqımıza yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarıq və inanırıq ki, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpaqlarımız olan Dağlıq Qarabağı işğaldan azad edən sərkərdə kimi tarixdə qalacaqdır.



Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı