“COVİD-19 Pandemiyası çərçivəsində Ağdaş və Göyçay rayonlarında aztəminatlı ailələrə sosial yardımların edilməsi” layihəsi uğurla davam etdirilir.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyi tərəfindən 01 sentyabr 2020-ci il tarixindən etibarən icrasına başlanılmış “COVİD-19 Pandemiyası çərçivəsində Ağdaş və Göyçay rayonlarında aztəminatlı ailələrə sosial yardımların edilməsi” layihəsi uğurla davam etdirilir.

Layihə çərçivəsində 21 Sentyabr 2020-ci il tarixində 60 ailə üçün nəzərdə tutulmuş ərzaq yardımı alınmış və elə həmin gün də Göyçay Regional Poçt Filialına aidiyyatı üzrə ünvanlara çatdırılması üçün təhvil verilmişdir. Həmçinin layihənin hədəf rayonlarında əhalinin maarifləndirilməsini təmin etmək məqsədi ilə COVİD-19 xəstəliyindən qorunma yolları, yoluxma halı aşkarlandığı təqdirdə edilməsi vacib olan fəaliyyətlər, ilkin tibbi tədbirlər və s. kimi vacib məlumatları özündə əks etdirən bukletlər də ərzaq qutularına yerləşdirilmiş, eyni zamanda Göyçay rayonu ərazisində əhaliyə paylanmışdır.

“Narkotiklərə Qarşı Təbliğat” i.b.

mətbuat xidməti