Göyçay rayon Ləkçıplaq kəndi ikinci şəhidini torpağa tapşırdı


1 oktyabr 2020 ci tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində əks hücuma keçən Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın azad olması uğrunda əməliyyat keçirib. Ağdərə istiqamətində gedən döyüşlər zamanı Göyçay rayon Ləkçıplaq kəndindən Məmmədov Elvin Mübariz oğlu şəhid olub. Şəhid böyük izdihamla doğulduğu Ləkçıplaq kəndində torpağa tapşırılıb.

Göyçay informasiya agentliyinin verdiyi xəbərə görə, dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı,hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsi və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən Azərbaycan ordusu əks hücuma keçib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Göyçay rayon icra hakimiyyəti başçısı şəhidin ailələsinə başsağlığı verir və səbr diləyir.