Cənab genral biz Alı baş komandanın əmrin gözdəyirik








Göyçayda vətənə xidmət etmək üçün könüllü şəkildə hərbi xidmətə getmək istəyənlərin sayı 1000 nəfəri keçib.
Bu gün səhər saatlarından başlayaraq Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi önündə izdiham yaşanıb.Rayon rəhbəri Mehdi Səlimzadə çıxışış edərək 27 sentyabr səhər saatlarından Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmulması və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişləri əsasında Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildiyini, ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edilir və onların hərəkət trayektoriyasına nəzarət aparılıdəğını vurğuladı.


Rayon icra hakimiyyəti başçısı Azərbaycan haqq yolunda oduğunu, Ermənistan işğalçı olduğunu, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə apardığını qeyd etdi. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmaq hazırdır.
Sonra göyçay sakinlərinə vətənprvərlik ruhunun yüksək olmasına görə, hamılıqla Ali Baş komandanın əmrini gözlədiklərini bildirərək bu həmrəyliyə görə öz təşəkkürünü bildirdi. Göyçaylı gəncləri toplantını "Cənab genral biz Alı baş komandanın əmrin gözdəyirik" şüarını səsləndirərək "Biz birlikdə güclüyük" deyə izdihamı dahada möhtəşəm cağrışlarla yekunlaşdılar.




Qeyd edək ki, qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir. Bu səbəbdən əhali hadisələri izləməli və təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməlidir.

Belə ki, yüzlərlə yerli sakin ordumuzun işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda apardığı əməliyyata qoşulmaq üçün növbəyə düzülüb.

27 sentyabr 2020 ci ildən bu günə kimi hər gün Göyçay rayonu ərazilərdə yerləşən kəndlərdən yüzlərlə gəncl könüllü olaraq qurumun önünə toplaşırlar.

İzdiham gecə saatlarına qədər davam edib.