Qarpızın insan orqanizminə faydaları


Hər birimizin çox sevdiyi qarpız PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kaliy, fosfor kalsiy duzları və fol turşusu ilə çox zəngindir.


Tərkibində olan bütün vitamin və mikroelement bazası, qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır. Məhz bu səbəbdən qarpız, xroniki  hepatit və xolesistit zamanı istifadə olunur.


Tərkibində olan dəmir duzlarının miqdarına görə yalnız ispanaq və kahı yarpaqlarından geri qalır. Fol turşusunu miqdarına görə isə birinici yeri tutur. Fol turşusu isə - qan istehsalı üçün və orqanizmdə baş verən müxtəlif biokimyəvi reaksiyalar üçün çox lazımlıdır. Buna görə qan azlığı və dəmir defisitli anemiya zamanı qarpız tövsiyə olunur