“Virtual məktəb”də kurikulumun tədrisi üzrə ödənişsiz vebinarlar davam edir


Virtual məktəb”də “Kurikulum tədrisi” adlı ödənişsiz vebinarlar davam edir.


Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən bildirilib ki, Azərbaycan və rus bölmələri üzrə aparılan vebinarların növbəti buraxılışı iyunun 23-də baş tutacaq. Mövzu ilə maraqlanan müəllimlər Təhsil Nazirliyinin saytında müvafiq keçidlərdən istifadə etməklə vebinarlara qoşula bilərlər.