20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qanlı yanvar, azadlığın zəfəri” mövzusunda inşa-yazı və rəsm müsabiqəsi elan edir

 

 Göyçay şəhəri Gənclər Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qanlı yanvar, azadlığın zəfəri” mövzusunda inşa-yazı və rəsm müsabiqəsi elan edir.
 Göyçay rayon İcra Hakimiyyətinin Göyçay informasiya agentliyi, NarTv-in informasiya dəstəyi ilə birgə təşkilatçılığı çərçivəsində 10 yanvar tarixindən 17 yanvara kimi davam edəcək. 18 yanvar tarixində qaliblər elan olunacaq.
 Müsabiqədə rayonun ümumtəhsil məktəblərinin 10 və 11 ci sinif şagirdləri iştirak edəcəklər. Rayonda yerləşən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin və Göyçay Peşə liseyinin tələbələri də müsabiqəyə qoşula bilərlər. 

Qeyd edək ki, müsabiqənin qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq. 
Əlavə məlumat üçün ünvan;Göyçay Gənclər Mərkəzi, Tel;+99470-535-2323