"Gənclərin inkişaf forumu" baş tutub.


"Gənclərin inkişaf forumu" baş tutub. 
Gənclərin uzun müddətdir ki, gözlədikləri forum həyata keçirilib. Forum çərçivəsində bir çox dövlət və özəl sektorun rəhbərləri, eyni zamanda biznesmenlər, sahibkarlıq subyektlərinin məsul şəxsləri və bir sıra işəgötürən qurumların nümayəndələri iştirak ediblər. 
Panel müzakirələrində aşağıdakı spikerlər çıxış ediblər:
1. Mehman Bağıri - Dövlət Məşğulluq Agentliyinin Göyçay üzrə müdiri;
2. Ayaz Ədilov - KOBİA-nın Aran regionu üzrə koordinatoru;
3. Rahim Məmmədov - KOB dostu;
4. Fəridə Abbasova - KOBİM-in Göyçay üzrə nümayəndəsi;
5. Coşqun İsmayılov - Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin direktoru;
6. Vüqar Qurbanov - Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin baş müəllimi;
7. Əziz Əzimov - Göyçayda Regional Peşə Tədris Mərkəzinin direktor müavini;
8. Səbuhi Məmmədov - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Göyçay üzrə nümayəndəsi;
9. Günel Əhmədova - Göyçay Peşə Liseyinin direktor müavini.
Layihə çərçivəsində qurumlar öz xidmətləri haqqında geniş məlumat verərək, gənclərin bir çox suallarını cavablandırıblar. Forum çərçivəsində təkliflər planı hazırlanıb və həyata keçirilməsi istiqamətində işlər görüləcəkdir.
📌Qeyd edək ki, forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin və Kiçik Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.