Baş nazir dövlət büdcəsinin layihələrini təsdiqlədi


Nazirlər Kabineti 2022-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, "Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.
Qeyd olunan layihələr "Büdcə sistemi haqqında" Qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.