Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni ştammı ilə maraqlanır. Axar.az xəbər verir ki, bu fikirlər “New Scientist”in təşkilatın məlumatlarına istinadən yaydığı xəbərdə yer alıb. Məlumata əsasən, ÜST koronavirusun “Mü” ştammını maraq do


 Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında etdiyi paylaşımda "Tokio-2020" Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib.
 Paylaşımda deyilir;
"Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"