“Gənclərin özünəməşğulluğu üçün Sosial Sahibkarlıq” layihəsi çərçivəsində Göyçay, Ağdaş, Qəbələ şəhərlərində “ustad dərs”-ləri keçirilib






 “Gənclərin özünəməşğulluğu üçün Sosial Sahibkarlıq” layihəsi çərçivəsində Göyçay, Ağdaş, Qəbələ şəhərlərində “ustad dərs”-ləri keçirilib.

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənclərin özünəməşğulluğu üçün Sosial Sahibkarlıq” adlı layihəsinin icrasını davam etdirir. 

24, 25, 26 Dekabr 2018-ci il tarixlərində “Ustad dərsləri” başlığı altında təşkil olunan təlimlərdə təcrübəli təlimçilər tərəfindəm Göyçay, Ağdaş, Qəbələ şəhərlərindən seçilmiş gənclərə Sosial sahibkarlıq, Özünəməşğulluq, Biznes idarəçiliyi, Marketinq, Maliyyə savadı, Gənclər fondunun gənclər üçün imkanları və Aqroturizm mövzuları keçirilmişdir. Təlimlər interaktiv və təcrübəyə əsaslanan əyani vəsaitlərin təqdimatı ilə təşkil edilmişdir. 
26 Dekabr 2018-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində seçilmiş gənclər üçün növbəti təlimlər təşkil edilmişdir. Təlimdə çıxış edən Gənclər Fondunun əməkdaşı Zaur Osmanov Fondun gənclər üçün yaradılmış yeni imkanlarından, xüsusilə regionlarda yaşayan gənclərin hərtərəfli inkişafının, bilik, bacarıqlarının artırılmasının Fond rəhbərliyinin diqqətində olduğunu və bu məqsədlə regionlarda gənclərlə mütəmadi görüşlərindən söz açmışdır. Sonra təlimçilər gənclərin sosial sahibkarlığa və biznes ideyalarının yaradılmasına motivasiyası üçün müxtəlif innovativ metodologiyalardan istifadə edərək təlimlərdə bütün iştirakçıların aktiv iştirakına şərait yaratmışdılar. Təlimlərdə Sosial sahibkarlıq sahəsində Avropa təcrübəsi və dünyaca tanınmış Sosial sahibkarların maraqlı sosial layihələri haqqında təqdimatlar edilmişdir. 

Xatırladaq ki, layihənin həyata keçrilməsinidə əsas məqsəd Göyçay, Ağdaş, Qəbələ şəhərlərindən seçilmiş 45 nəfər gəncin sosial və yaşıl sahibkar kimi formalaşıb özünə məşğulluq imkanlarıın genişlənməsinə dəstək olmaq, həmin gənclərin bilik və bacarıqlarını artırmaqdır.