Tarixi Vətən müharibəsində zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlayır - Əli Əsədov


Tarixi Vətən müharibəsində zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlayır.
Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.
Baş nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb: “Cənab Prezidentin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işlərə başlanılıb və ilkin tərəfdaşlarımız yenə türk qardaşlarımızdır. Türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar”.