Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayla görüşüb


Fevralın 18-də Türkiyə Prezidentinin Sarayında Azərbaycan Respublikasının Baş nazirinin qarşılanma mərasimi olub.


Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu qarşılayıb.


Daha sonra Baş nazirlə Vitse-prezident arasında görüş keçirilib.