"Qazaxıstandakı seçkilərin ilkin nəticələri sabah keçiriləcək mətbuat konfransında açıqlanacaq"


Bugün səhər saat 06.40-dan başlayaraq Qazaxıstanda keçirilən parlament seçkiləri üzrə bütün müşahidəçilər və nümayəndələr seçki məntəqlərinə getməyə başlayıb.
 Qazaxıstanda keçirilən parlament seçkiləri prosesinin izləyən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Arzu Nağıyev açıqlama verib.
Onun sözlərinə görə, saat 07.00-dan etibarən, məntəqələrdə seçki prosesi başlayıb: "5 seçki məntəqəsində oldum, məntəqədəki müşahidəçilərlə görüşlər keçiririk, seçicilərlə danışıqlar aparırıq. Seçki prosesi pandemiya rejiminin tələblərinə uyğun formada aparılır.
Məntəqəyə daxil olan seçicinin ilk növbədə tempraturu yoxlanılır. Şübhəli olmayanlar seçkiyə buraxılır".
A.Nağıyev qeyd edib ki, seçki prosesinin necə keçməsilə bağlı brifinq oldu, orada da seçki prosesinin necə keçməsilə bağlı fikirlərini bölüşüb:
"Seçki təşkilatçılığı yüksək səviyyədədir. Baxmayaraq ki, hava soyuqdur, seçki fəallığı yüksəkdir. Seçki ilə bağlı bütün faizlər sabah keçiriləcək mətbuat konfransında açıqlanacaq".