Şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilir


 Bildiyimiz kimi Göyçay rayon Mallı-Şıxlı kənd sakini qazisi Məmmədov Yusif Müşfiq oğlu Vəətn müharibəsi zamanı torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına iştirak edib. 1 oktyabr 2020 ci il tarixində qanlı döyüşlərdə Y. Məmmədov ağır yaralanmışdır. Respublika hərbi hospitalında müalicəsini davam etdirir. Qazimiz Yusif Məmmədov 31 dekabr 2020 ci ildə Dünya Azərbaycanlılarının Həmrəylik günü bayram münasibətilə  rayonun Mallı-Şıxlı kəndində  doğma evinə gəlmişdir. Rayon icra hakimiyyəti və ictimayyət nümayəndələri sosial vəziyyəti, yaşayış şəraiti çətin olan qazimizi evində  ziyarət etmişdilər. Ailədə olarkən qonaqlara məlumat verilmişdir ki, Y. Məmmədov döyüşlərə qatılmamışdan  əvvəl həyətyani sahələrində köhnə evin yaxınlığında yeni ev tikintisinə başlanmışdır. Evin son tamamlanma işləri yarımçıq qalması barədə mürciət edən ailə yeni evin elektrik təhcizatı ilə təmin olunması, işıq xəttinin çəkilməsi, sayğacın quraşdırılması və yaşadıqları ərazidə yolun təmirinin başa çatmasını istəmişdilər. 

 Ziyarət zamanı qazinin müalicəsi davam etdirilməsi üçün rayon xəstəxanasına yerləşdirilməsi və müalicənin olunmasını təklif edilsədə ailə razılaşmamış yenidən paytaxtda hərbi hospitalda müalicəsinin ediləcəyini bildirmişdilər. Bayram günləri isə evində qalmaq və ailəsinin yanında olmaq istəyən qazimizə qayğı göstərilərək maddi vəsait və bayram sovqatı təqdim olunmuşdur. Rayon rəhbərinin göstərişi ilə ailənin yeni tikdirdiyi evə 1200 azn smeta dəyəri olan elekttrik xəttləri şəkilərək, dirəklər basdırılmış, sayğac quraşdırılmışdır. Məhəllə daxili yolun təmiri ilə bağlı olaraq xüsusi texnikalardan istifadə edilərək yol hamarlanmış, çay daşı tökülərək istifadəyə verilmişdir. 

Rayon icra hakimiyyəti ilə yanaşı rayon ictimayyəti, sahibkarlarda qazimizə dəstək olmuşdular. Hətta rayondan kənarda yaşayan xeyriyyəçi  insanlarda qazimizin ailəsinə yardım və köməklik göstərmişdilər. Rayon rəhbərinin çağrışına qoşulan vətəndaşlarımız ailəyə məişət avadanlqıları və yeni evin təmiri üçün əsaslı dəstək olmuşdular. 88 saylı Göyçay seçki dairəsi üzrə Milli Məclisin deputatı Sabir Hacıyev qazimizin ailəsinə maddi yardım göstərmişdir. 
Beləliklə rayonumuzda şəhid və qazi ailərələrinə rayon icra hakimiyyəti tərəfindən və ictimayyət nümayəndələri tərəfindən daima diqqət və qayğı göstərilir.