Gənclər mərkəzində 23-24-25-26-27-28-29 dekabr tarixlərində Yeni il şənlikləri keçiriləcək


Yeni təqvim ilinin gəlişinə saylı günlər qalıb. Ölkəmizin hər yerində olduğu kimi, Göyçay rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşırlar.

Yeni ilin gəlişi ilə əlaqədar Göyçay şəhərinin küçələri, park və xiyabanlar, meydanlar bayramsayağı bəzədilib. Göyçay Gənclər Mərkəzi 6 günlük Yeni il şənliklərinə start verib. 23,24,25,26,27,28,29 dekabr tarixindən Gənclər mərkəzində 5 yaşından 13 yaşadək uşaqlar üçün gündəlik müxtəlif praqramlardan, surpriz hədiyələrdən təşkil olunacaq şənliklərə dəvət edirik. Mərkəzin 2-ci mərtəbəsində balaca fidanlarımızı gözləyirik. Mərkəzin 1 ci mərtəbəsi proqramlar vaxtı valideyinlər üçün nəzərdə tutulub.

Əziz balacalar Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliklərini bizimlə keçirdin. 

Qeyd edək ki, Göyçay rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram şənliklərində informasiya adəstəyi Göyçay informasiya agentliyi, NarTv-yə məxsusdur. 
Göyçay Gənclər Mərkəzinin rəhbərliyi və kolektivi keçiriləcək şənliklərdə xidmətinizdədir.

Göyçayımızın hər tərəfdə hündür yolka (küknar) ağacları qurulub, ictimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub, küçələrin kənarındakı küknar ağacları al-əlvan bayram oyuncaqları ilə bəzədilib.

Şəhərin mərkəzindəki meydanda qurulan hündür yolka ağacının ətrafında artıq Şaxta baba da gözə dəyir. O da böyük həvəslə Yeni il şənliklərinin başlanmasını gözləyir.


Əlavə məlumat üçün; Göyçay Gənclər Mərkəzi 070-535-2323.