Azərbaycan zəfərə yaxınlaşır - Ərdoğan


Azərbaycan tez bir zamanda zəfərə yaxınlaşmaqdadır.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


Onun sözlərinə görə, 30 ildir öz torpaqlarından ayrı qalan Azərbaycan xalqı bu torpaqlarını bir-bir azad edir.


"Azərbaycandan xoş xəbərlər aldıqca çox qürurlanırıq, sevinirik" - deyə, Ərdoğan vurğulayıb.