Azərbaycanın sığorta bazarı yeni mərhələdə dayanıqlı inkişaf üçün kifayət qədər potensiala malikdir


Azərbaycanın sığorta bazarı post-pandemiya dövründə yeni mərhələdə dayanıqlı inkişaf üçün kifayət qədər potensiala malikdir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyev təşkilatın fəaliyyətinin yeni konsepsiyasına həsr olunmuş tədbir zamanı deyib.


Onun sözlərinə görə, Assosiasiya bu potensialın düzgün qiymətləndirilməsi istiqamətində sığortaçılara fundamental əsasda dəstək verəcək:


“Azərbaycanın sığrta bazarı düzgün istiqamətdə hərəkət edir. Maliyyə fəaliyyətinin əsas istiqamətlərindən olan sığorta sahəsi bütün dünya iqtisadiyyatlarında olduğu kimi COVID-19 pandemiyasında bu və ya digər formada ziyan görüb”.


O vurğulayıb ki, Azərbaycanda yaradılmış sağlam iqtisadi inkişaf modeli və vaxtında görülmüş tədbirlər sayəsində sığorta bazarı pandemiyanın daha genişmiqyaslı fəsadlarından qurtula bilib.