ÜST: 2021-ci ilin ortalarınadək koronavirusa qarşı genişmiqyaslı peyvəndləmə gözlənilmir


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci ilin ortalarınadək dünyada koronavirusa qarşı genişmiqyaslı peyvəndləmə gözləmir.

Bunu təşkilatın rəsmi nümayəndəsi Marqaret Harris brifinq zamanı deyib.O bildirib ki, həmin müddətədək kütləvi peyvəndləmə real görünmür: “Hazırda kifayət qədər potensial vaksinin kliniki sınaqlarının üçüncü mərhələləri davam edir. Bu vaksinlərin sınaqlarının başa çatması və təsdiqlənməsi üçün vaxt lazımdır”.