Deputat Qurban bayramı münasibətilə seçicilərini təbrik etdi












 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin tapşırığ ıilə Qurban bayramı münasibətilə ərazisi üzrə şəhid olmuş əsgərlərimizin ailə üzvlərinə, eləcə də aztəminatlı ailələrə qurban payı  verilib.

Deputat köməkçisi Anar Nağıyev ailələri ziyarət edib, onlara bayram münasibətilə təbriklərini çatdıraraq müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı və qurban payı paylayıblar. Həmçinin hər bir sakinlə koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə profilaktiki söhbətlər aparıb, sağlamlıqlarına biganə qalmamağı tövsiyə ediblər. Seçicələr  də göstərilən bu diqqət və qayğıya görə Millət vəkilinə öz  minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə 100 yaxın az təminatlı, şəhid ailələrinə və tənha seçicilərə  qurban payı paylanılıb.